Bakı üzrə usta çağırışı
Bakı üzrə çağırışlar şəhərin müxtəlif nöqtələrində yerləşən ustalar arasında bölüşdürülür. Bu, gözləmə vaxtını qısaldır və mərkəzdən uzaq massivlərə də operativ çatmağa imkan verir. Zəng edərkən rayonu və küçəni deyin, ünvana ən yaxın usta yönləndirilsin.
Şəhər mərkəzində köhnə fond binalarda tez-tez sovet dövründən qalan sürməli zamoklar rast gəlinir. Yeni yaşayış komplekslərində isə çoxnöqtəli müasir sistemlər quraşdırılır. Hər iki qrup üzrə ehtiyat hissə və alət yanımızda olur.
Ərazi daxilində xidmət göstərilən yerlər
- Yasamal
- Nərimanov
- Nəsimi
- Xətai
- Səbail
- Binəqədi
- Nizami
- Suraxanı
- Əhmədli
- Qara Qarayev
Çağırış qaydası
Telefonda ünvanı, qapının tipini və problemi qısaca deyirsiniz. Bunun əsasında təxmini qiymət və çatma vaxtı bildirilir. Usta gəldikdən sonra vəziyyəti yoxlayır, məbləği təsdiqləyir və işə başlayır. Razılaşdırılan qiymət iş gedişində dəyişmir.
Qapı bağlı qalıbsa, kilidi özünüz açmağa çalışmayın. Yanlış müdaxilə silindri sıradan çıxarır və xərci artırır. Zəng edin, addımları telefonda deyək.