Zamok işləmirsə nə etməli
Zamokun sıradan çıxması adətən birdən baş vermir. Əvvəlcə açar çətin fırlanır, sonra müəyyən vəziyyətdə ilişir və nəhayət mexanizm tam bloklanır. İlk əlamətlərdə usta çağırmaq, qapını sındırmalı olacağınız vəziyyətin qarşısını alır.
Zamok tam bağlanıbsa, açarı güclə fırlatmayın. Bu hərəkət çox vaxt açarın mexanizm içində qırılması ilə nəticələnir və işi mürəkkəbləşdirir. Zəng edin, vəziyyəti telefonda dəqiqləşdirək.
Zamok növləri üzrə iş
- Sürməli zamoklar, o cümlədən köhnə sovet modelləri
- Silindrli müasir zamoklar
- Çarpaz dilli və çoxnöqtəli sistemlər
- Elektromexaniki və kodlu zamoklar
- Dəmir və şüşə qapılar üçün zamoklar
Təmir yoxsa dəyişmə
Mexanizmin daxili hissəsi salamatdırsa, təmizləmə, sürtkü və kiçik detal dəyişdirilməsi ilə zamok işlək vəziyyətə qaytarılır. Korpusda çat varsa və ya dişlər yeyilibsə, uzunmüddətli həll yeni zamokun quraşdırılmasıdır. Usta hər iki variantın qiymətini deyir, seçim sizin olur.
Yeni tikilidə qapı quraşdırıldıqdan sonra tikinti tozu zamokun içinə dolur. İlk ildə profilaktik təmizləmə mexanizmin ömrünü xeyli uzadır.